Qrafik dizayn & NFT seminarı (Kəpənək Effekti) – Jeyhun Mammadov (JMD) #qrafikdizayner

Qrafik dizayn & NFT seminarı (Kəpənək Effekti) – Jeyhun Mammadov (JMD) #qrafikdizayner

Azərbaycanda ilk dəfə Compar Academy daxilində NFT tədrisi edən Jeyhun Mammadov’un “Kəpənək Effekti” adlı qrafik dizayn və NFT üzrə seminar təqdimatı ilə tanış olun.

QRAFİK DİZAYN & NFT SEMİNARI

Jeyhun Mammadov (JMD) Kimdir?
Ceyhun Məmmədov, sosial media ortamında JMD olaraq tanınır. Qrafik dizayner və rəqəmsal sənətçidir. 9 illik bir təcrübəyə sahibdir. Bu illər ərzində məşhur olan yerli və brend şirkətlərlə əməkdaşlığı olub. 3 ildir fəaliyyət göstərən Digiltable adlı reklam agentliyin sahibidir. 2 il yarımdır NFT dünyasında yer alıb. 300ə yaxın NFT əsərləri uğurla satılıb. Dünyanın müxtəlif yerlərindən NFT üzrə kolleksiyoncularla əməkdaşlığı olub. Kəpənək Qadınlar adlı NFT kolleksiyası ilk dəfədir yerli bazarda JMD brendi adı altında online shop mağazasına çevrilib. Bakıda ilk və yeganə NFT tədrisini edən qrafik dizayn müəllimidir. Designhill platformasında yeganə Azərbaycanlı dizayner kimi loqo üzrə yarışmada maksimal olan 5 ulduzu əldə edib. Dizaynlarında daha çox fəlsəfi və psixoloji komponentlər göstərməyə çalışır və tələbələrini də o şəkildə yaradıcı olaraq yetişdirməyə çalışır.

Məni sosial şəbəkədən izləyə bilərsiz:
https://www.instagram.com/jeyhunmd

Compar Academy kursunu da instagramdan izləməyi unutmayın: https://instagram.com/compar_academy

Kursa yazılmaq üçün əlaqə nömrəsi:
+99450 800 63 53

カテゴリー3カテゴリの最新記事